SON XƏBƏR

“Zəfəroğlu”nun 6 dil bilən satış müdiri müştəriləri necə aldadıb? - Pulu alıb xərclədi...

Oktyabr 31
13:28 2022
Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən "Collezione İtaly” adlı mağazada satış meneceri, "Zəfəroğlu” şirkətində mebellərin satışı şöbəsində müdir vəzifəsində işləyən şəxs həbs edilib.
 
Qaynarinfo-nun məlumatına görə, onun həbsinə səbəb şirkətin adından müştərilərdən aldğı pulu mərc oyunlarında uduzması olub. 
8 avqust 1983-cü ildə Bakı şəhərində doğulmuş, ailəli, ali təhsilli, 6 dil biliyinə malik olan Orxan (şərtidir) adlı şəxs sözügedən şirkətlərdə 2020-ci ilin noyabr ayından çalışmağa başlayıb. 
 
"Zəfəroğlu” şirkətində vəzifəsi müştərilərlə danışıqlar aparmaq, onlardan ödənişi aldıqdan sonra isə kassaya ödəməkdən ibarət olub. O, 2021-ci ilin iyun ayına qədər "Zəfəroğlu” şirkətində çalışıb və işlədiyi müddət ərzində rəhbərliklə aralarında hər hansı bir problem olmayıb.
 
2021-ci ilin may ayının sonlarında şirkətdə olan zaman Dəmir adlı müştərinin evinə mebellərin hazırlanması tapşırığı rəhbərlik tərəfindən ona verilib. Orxan dərhal şirkətin işçiləri olan dizaynerlərlə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki bağ evinə gedib. Bağ evində olan zaman dizaynerlər evə yerləşəcək mebellər üçün müvafiq layihələri ev sahibinə təqdim edib və bu işlər üçün ümumilikdə 120 min manat vəsait hesablanıb. Bir müddət keçdikdən sonra Dəmir onunla və şirkət rəhbərliyi ilə telefonla danışarkən bildirib ki, ödəməli olduğu 120 min manatın 60 min manatını birdəfəyə ödəyə bilmədiyinə görə ödənişi hissə-hissə edəcək. Şirkət rəhbərliyi olununla razılaşıb və hər şey də bundan sonra başlayıb.
 
Orxan 2021-ci ilin iyun ayının ortalarında Dəmir adlı şəxsdən 10 min manat pul alaraq şirkətin kassasına köçürüb. Bir neçə gün sonra yenidən Dəmir adlı şəxs ilə həmin ünvanda görüşərək bu dəfə ondan 20.000 (iyirmi min) manat pul alıb. Həmin gün Türkiyə və Uels futbol komandalarının oyunu olmuşdur. O, borclarından, eyni zamanda boşandığı xanımının alimentindən yaxa qurtarmaq üçün həmin pulu mərc oyuna qoyaraq qazanmağə düşünüb. Orxan mərc oyununda udacağı təqdirdə əsas məbləği, yəni Dəmir adlı şəxsdən aldığı 20.000 (iyirmi min) manat pulu geri kassaya köçürməyi, qalan pulları isə aliment və digər borclarını ödəməyi planlaşdırıb. 
 
Bu səbəbdən Dəmir adlı şəxsdən pul almağı barədə heç kəsə məlumat verməyərək həmin məbləği mərc oyunlarına yatırdıb. Lakin bəxti gətirməyib və pulları uduzub. Səhəri gün yenidən Dəmir adlı şəxs onunla əlaqə saxlayaraq üstündə bir qədər pul olduğunu, həmin pulu da ona verməsini istədiyini bildirib. Onlar təxminən günorta saatlarında "Babək” plazanın qarşısında görüşüb. Orxan görüş əsnasında Dəmirdən 5.000(beş min) manat pul alaraq sonuncuya narahat olmamasını və pulu kassaya keçirəcəyini bildirib. 
 
Lakin Orxan həmin məbləği də mərc oyunlarına yatırdaraq uduzub. 
 
Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook