Zərraba sui-qəsd cəhdi: - onu nəyə məcbur edirlər?
Noyabr 17
13:19
2017
ABŞ-da həbsdə olan Rza Zərraba həbsxanada sui-qəsd təşkil olunub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı informasiya yayıb.
"Vəkilləri ilə 6 gün əvvəl danışmışıq. Həbsxanada zənci bir məhbus Zərrabı öldürməyə çalışıb. Ölümdən son anda digər məhbusların köməyi ilə qurtulub. Onu daha təhlükəsiz yerə aparıblar. Yəni məhkəməyə 15 gün qalmış kimsə onu öldürməyə çalışır. Başqa yerə aparırlar, onu da heç kimə açıqlamırlar. Hücumdan dərhal sonra Zərrab vəkilinə zəng edib. O gündən sonra əlaqə kəsilib. Zərrabı ölümlə təhdid edilərək yalan istiqamətləndirilmiş ifadə verməyə məcbur edirlər”, - türkiyəli vəkil Mustafa Doğan İnal deyib.
Qeyd edək ki, Rza Zərrab İrana qarşı tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.