Zeynəb Məmmədyarova: "Nazir qarşıma konkret tapşırıqlar qoyub"
İyun 07
15:19
2022
"Gənclər və idman naziri Fərid Qayıbovla görüşüm oldu. Nazir qarşıma konkret tapşırıqlar qoyub".
Bunu "Report"a açıqlamasında Sumqayıt Olimpiya İdman Kompleksinin direktoru təyin edilən şahmatçı Zeynəb Məmmədyarova deyib.
39 yaşlı qrossmeyster bildirib ki, idman qurğusunda üzgüçülük, tennis, gimnastika kimi bölmələrin üzərində işlər görülməlidir: "Eyni zamanda, mini-futbol meydançalarının fəaliyyətini canlandırmaq lazımdır".
Məmmədyarova pandemiya dövründə kompleksdə borcların da yarandığını açıqlayıb.
O, mövcud vəziyyətdən sponsorlar və digər mənbələr hesabına çıxmaq istədiklərini söyləyib: "Sumqayıtda idmana böyük maraq var. Sadəcə, kütləvilik yaratmaq lazımdır. Çalışacağıq ki, Sumqayıt Olimpiya İdman Kompleksi daim qaynar, şən idman qurğusuna çevrilsin".