SON XƏBƏR

Nobel Sülh Mükafatına namizədlərin sayı məlum olub

Fevral 29
10:39 2024
Payızda Norveçdə veriləcək 2024-cü il Nobel Sülh Mükafatı uğrunda 285 namizəd mübarizə aparır.

APA-nın Norveç Nobel İnstitutuna istinadla xəbərinə görə, mükafata 196 nəfər və 89 təşkilat namizəd olub. Bir il əvvəl institut 351 nominasiyanı qeydə alıb və onların sayına görə rekord 2016-cı ildə qeydə alınıb - 376 iddiaçı.

Namizədlərin tam siyahısı ənənəvi olaraq ciddi şəkildə gizli saxlanılır və yalnız mükafatlar verildikdən 50 il sonra ictimaiyyətə açıqlana bilər.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook